“Meşə çaqqalsız olmaz”

“Meşə çaqqalsız olmaz”
  29 May 2013    Oxunub:1804
“Çox gözəl oyun oldu. Bərabər mübarizə getdi. Şəxsən mənim xoşuma gəldi”.

Bunu Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər-Lənkəran” komandaları arasındakı final oyunu barədə jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

O bildirib ki, 11 metrlik zərbələrlə qələbə bəxtdən asılıdır. R.Abdullayev

“Xəzər-Lənkəran”ın oyunundan yaxşı mənada təəccübləndiyini etiraf edib. AFFA prezidenti Azərbaycanı 2013-2014-cü il mövsümündə Avropa kuboklarında təmsil edəcək klublarımızın yüksək səviyyəli oyun sərgiləyəcəklərinə inam ifadə edib: “Bizim üçün ən əsası, qitə arenalarında yaxşı oynamaqdır. İnanıram ki, klublarımız bizi sevindirəcəklər.”

O, oyundan sonra baş verənlərə isə belə münasibət bildirib: “Meşə çaqqalsız olmaz”.(salamnews)


Teqlər:  





Xəbər lenti