Qətər-Azərbaycan oyununun hakimləri müəyyənləşib

Qətər-Azərbaycan oyununun hakimləri müəyyənləşib
  27 May 2013    Oxunub:1662
Qətər-Azərbaycan matçını Liviyadan olan hakimlər briqadası idarə edəcək.
Mayın 29-da, yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə 21:15), Doha şəhərində, Al-Sadd klubunun stadionunda Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. AzVision.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Belə ki, oyunu Liviyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Tamuni Salah Vahid (Liviya)

Baş hakimin köməkçiləri: Attia Amsaad, Foaad El Maghrabi (Liviya)

Dördüncü hakim: Khamis Al-Kuvari (Qətər)

Xatırladaq ki, bu oyunla bağlı Azərbaycan milli komandasının bütün xərcləri Qətər Futbol Assosiasiyası tərəfindən ödəniləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti