İdmançımız qızıl medal qazandı

İdmançımız qızıl medal qazandı
  27 May 2013    Oxunub:1233
Elxan Məmmədov "Masters" seriyalı turnirdə hamıdan güclü olub
Rusiyanın Tümen şəhərində cüdo üzrə elit "Masters" seriyalı turnir keçirilib. Yarışın ikinci, sonuncu günündə idmançılarımız aktivlərinə iki medal yazdırıblar.

100 kq çəkiyədək cüdoçuların mübarizəsində Elxan Məmmədov finala vəsiqə qazanmağa müvəffəq olub. Finalda hollandiyalı rəqibi Henk Qrolla görüşən idmançımız qələbə qazanaraq qızıl medal qazanıb.

Eyni çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov isə bürünc medal əldə edib. Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımız medalsız qalmışdılar.(ans)


Teqlər:  





Xəbər lenti