Gəmi qəzasında ölənlərin sayı 62-yə çatdı
“Daha əvvəl itkin düşmüş hesab edilən Saxalin vilayətinin beş sakini həlak olub. Bununla əlaqədar, onların ailəsi vilayət büdcəsindən bir milyon rubl alacaqlar”, - deyə Saxalin vilayət rəhbərliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, Oxot dənizində “Dalni Vostok” balıqçı gəmisinin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilib.
Qəza nəticəsində 56 nəfərin öldüyü, 13 nəfərin itkin düşdüyü açıqlanıb. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlıdan dördü xilas edilib.
Onlar Mayılağa Talıbov, Elman və Yaşar Əliyev qardaşları, İmaməddin Sadıqovdur. Gəmi batan zaman suda boğularaq ölənlərdən bir isə Zaqatala rayon sakini 51 yaşlı Səfərov Məhəmməd səfər oğludur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: