Xanım prezident Putinə “yox” dedi

Xanım prezident Putinə “yox” dedi
  10 Aprel 2015    Oxunub:3017
Xorvatiya prezidenti Kalinda Qrabar-Kitaroviç Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdən imtina edir.

Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Rəsmi Zaqrebi Qələbənin 70 illiyi ilə bağlı tədbirlərdə bu ölkənin Rusiyadakı səfiri İqop Pokaz təmsil edəcək. Xorvatiya prezidentinin Moskvanın dəvətini rədd etməsi barədə rəsmi məlumat yoxdur.

Bu arada ABŞ-ı Moskvadaki tədbirlərdə səfir Con Tefftin təmsil edəcəyi məlum olub.
Qeyd edək ki, daha əvvəl Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti