Fransanı kütləvi etirazlar bürüdü

Fransanı kütləvi etirazlar bürüdü
  10 Aprel 2015    Oxunub:1350
Fransanı növbəti izdihamlı nümayiş dalğası bürüyüb. Hökumətin yürütdüyü sərt iqtisadi siyasətə etiraz əlaməti olaraq aprelin 9-da ölkənin beş əsas və 800 müəssisənin həmkarlar təşkilatının çağrışı ilə Parisdə və digər şəhərlərdə nümayişlər keçirilib.
Nümayiş iştirakçılarına Eyfel qülləsinin, Luvr muzeyinin əməkdaşları, orta məktəblərin müəllimlərinin 24 və ali təhsil ocaqlarının tələbə-müəllim heyətinin 35 faizi, kütləvi informasiya vasitələrinin nümayəndələri, o cümlədən üç həftədən artıq tətil keçirən Fransa radiosunun jurnalistləri qoşulublar.

Həmkarlar təşkilatlarının məlumatına əsasən Parisdə 120 min, Marseldə 7 min, Bordoda 10 min, Tuluzda 8 min, Nantda 3 min və Ruanda 5 min insan nümayişdə iştirak edib. Ümumilikdə ölkə üzrə 300 min nəfərin nümayişə qatıldığı bildirilib.

Nümayişçilər hökumətdən sərt iqtisadi siyasətə son qoymağı, əmək haqlarını və təqaüdləri artırmağı tələb ediblər. Əks halda daha izdihamlı və uzun müddətli tətil keçiriəcəklərini bildiriblər. (Azərtac)


Teqlər:





Xəbər lenti