Ermənilərin kökü kəsilir

Ermənilərin kökü kəsilir
  31 Mart 2015    Oxunub:3486
Beynəlxalq təşkilatların xüsusi məruzəsində şok rəqəmlər açıqlanıb...
Hazırda Ermənistanda qeydiyyatda olanların 28,75 faizi ölkədən kənarda yaşayır. Bu məlumat Ermənistan dövlət qurumlarının beynəlxalq təşkilatlarla birlikdə hazırladığı xüsusi məruzədə yer alır (anspress). Daha dəqiqi, 870 min Ermənistan vətəndaşı xaricdə yaşayır.

Özü də burada söhbət vətəndaşlıqdan imtina edərək Ermənistanı birdəfəlik tərk edənlərdən getmir. Məruzədə respublikadan kənarda yaşayan Ermənistan sakinlərindən bəhs edilir, onların çoxu ailələri ilə birlikdə başqa ölkələrdə yaşayıb işləyirlər. Ermənistan vətəndaşlarının çox hissəsi məlum olduğu kimi, Rusiyada yaşayır, bu yaxınlara qədər orada iş tapmaq daha asan idi.

Ermənistan əhalinin artan köçünün səbəbləri hamıya aydındır. Bu, aydan aya artan işsizlik, maaşların verilməməsi, ərzağın və ilkin tələbat mallarının qiymətinin yüksək olması ilə bağlıdır. Sadalananlar əlbəttə ki, əhalinin yoxsullaşmasına səbəb olur.

Təbii ki, Dağlıq Qarabağ münaqişəsini də yaddan çıxarmaq olmaz. Ermənistan sakinləri çağırış yaşına çatan övladlarının taleyinə görə çox narahat olur, onları müxtəlif bəhanələrlə hərbi xidmətdən yayındırmağa çalışırlar. Bu səbəbdən düşmən ordusunda xeyli vaxtdır əslində çağırışçı qıtlığı mövcuddur. Martın 22-də erməni əsgəri Andranik Qriqoryanın öz silahını ataraq biz tərəfə keçməsi və burda verdiyi açıqlamalar, o sırada erməni gənclərinə etdiyi çağırış da yəqin ki, prosesə öz təsirini göstərəcək.

Bundan əlavə, ölkə rəhbərləri yeni əsas qanunun qəbul edilməsindən sonra iqtisadi islahatlar vəd edib. İslahat konsepsiyası artıq erməni dövlətinin başçısı tərəfindən qəbul olunub. Tezliklə onların ümummilli müzakirəsi başlayacaq. Hakimiyyətdəkilər hesab edirlər ki, indiki konstitusiya erməni xalqına 1995-ci ildə sırınıb və ölkənin inkişafını ləngidir. Yerli ekspertlər isə bu məsələyə çox şübhə ilə yanaşırlar. Onlar Ermənistanın yeni əsas qanununun əhali üçün deyil, tamamilə başqa qüvvələr üçün faydalı olacağını deyirlər, yəni əhalinin köçü köhnə qaydada davam edəcək.

Buna görə mütəxəssislərin əksəriyyəti o qənaətdədir ki, əvvəlcə iqtisadiyyatla məşğul olmaq lazımdır. Məhz bundan sonra iqtisadiyyat əsasında ölkənin siyasi quruluşunu dəyişmək olar.

Ancaq siyasi quruluş dəyişsə də, dəyişməsə də Ermənistan Rusiyanın vassalı olaraq qalır. Ermənilərin ən böyük problemi də elə budur.


Teqlər:





Xəbər lenti