Erməni mətbuatı Zakir Həsənovu təriflədi

Erməni mətbuatı Zakir Həsənovu təriflədi
  30 Mart 2015    Oxunub:7022
Erməni mətbuatı cəbhədə baş verən atışma ilə bağlı ilginc məlumat yayıb.

AzVision.az “Express.am” saytına istinadən xəbər verir ki, atışma nəticəsində xeylisayda erməni hərbçi ölüb. Məlumatda həmçinin göstərilir ki, 29-30 mart tarixlərində cəbhənin müxtəlif istiqamətlərində baş verən atışma zamanı bir erməni əsgəri ağır şəkildə yaralanıb. Qarakəndi istiqamətində isə 4 erməni əsgəri ölüb. Hadisələr zamanı bir Ermənistan vətəndaşı da ölüb.

Bundan əlavə sayt yazır ki, Ermənistan hərbçiləri arasında vərəm xəstəliyi yayılıb.

“Lakin heç şübhəsiz ki, bizim rəhbərlik (Ermənistan Müdafiə Nazirliyi) yenə özünü lal və karlığa vuracaq. Təəssüflər olsun ki, Müdafiə Nazirliyinin qeyri-şəffaf işi, vətəndaş cəmiyyəti və hətta deputatlar korpusu tərəfindən nəzarətin olmaması bundan sonra da Ermənistan ordusunda kədərli halların (belə demək olarsa biabırçı) təkrarlanması ilə nəticələnəcək”-deyə sayta yazıb.

“Express.am” saytı həmçinin diqqətə çaldırıb ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov öz vədlərini yerinə yetirir, Seyran Ohanyan isə əsgər analarını günahlandırır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti