Ərdoğan fikrindən dönmədi

Ərdoğan fikrindən dönmədi
  30 Mart 2015    Oxunub:2494
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan siyasi gərginlikdən sonra İrana səfərinin təxirə salınacağı haqda iddialara aydınlıq gətirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bu barədə Sloveniya, Slovakiya və Rumınya səfəri öncəsi hava limanında jurnalistlərə açıqlaması zamanı danışıb. Jurnalistin onun İran səfərini təxirə salıb-salmayacağı sualına Ərdoğan belə cavab verib:

“Yəmənlə bağlı açıqlamamız bu ölkənin ərazi bütövlüyünə olan hörmətimizdən, həm daxili, həm də xarici müdaxiləni doğru hesab etməməyimizdən qaynaqlanır. Ona görə də müdaxilə edənlərin Yəmən ərazisindən çıxmasında təkid etdik”.

Ərdoğan vurğulayıb ki, bu məsələ ilə bağlı İran tərəfi iki fərqli münasibət sərgiləyib: “Bunlardan birinci hansısa parlamentari idi ki, o, mənim cavab verəcəyim adam deyil. İrana səfərimə gəlincə isə bunu millət vəkilləri müəyyən edə bilməz. Gedib-getməmək barədə qərarı biz özümüz verəcəyik. İrana səfər proqramı olduğu kimi qalır, amma Yəməndəki prosesləri də izləyirik. Orada hadisələrin necə inkişaf edəcəyi bizim üçün çox vacibdir. Hələ ki, proqramda heç bir dəyişiklik yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti