Ərdoğanla İran arasında siyasi gərginlik
Ondan Ərdoğanın səsləndirdiyi fikirlərə aydınlıq gətirməsi tələb olunub. İranın Xarici İşlər Nazirliyinin sözcüsü Mərziyə Əfham Barış Sayqınla söhbətində Ərdoğanın səsləndirdiyi ifadələri tənqid edib:
“Rəsmi Ankaradan bu ifadələrlə bağlı qənaətbəxş və aydın izahat tələb edirik. İranın regiondakı strateji siyasəti, qonşuları ilə münasibətləri sülh, sabitlik və qarşılıqlı hörmətə əsaslanır. İnanırıq ki, İran və Türkiyənin bu hədəfə çatmaq üçün kifayət qədər potensialı var”.
İranın bəzi siyasətçiləri isə Ərdoğanın apreldə İrana planlaşdırılan səfərini təxirə salmağı tələb ediblər. Buna səbəb kimi onun İranla bağlı səsləndirdiyi tənqidi fikrilər göstərilir.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan regiondakı prosesləri şərh edərkən İranın bölgədə dominantlıq etməyə çalışdığını deyib. O vurğulayıb ki, İran Yəmən, Suriya və İraqdakı qüvvələrini geri çəkməlidir.
Fatimə Kərimli
Teqlər: