Əsəd Putin və Xameneyinin yardımından danışdı
Prezident vurğulayıb ki, Rusiya həm Suriyada həm də dünyanın başqa regionlarında sabitliyin və siyasi münaqişələrin həll olunmasını istəyir. Əsəd qeyd edib ki, Rusiya gələcəkdə güclü və nüfuzlu dövlət olmaq istəyir.
Prezident qeyd edib ki, Rusiya və İran Suriya hakimiyyətindən heç nə tələb etmədən regionda gərgin vəziyyətin həll yollarının axtarılmasında iştirak edir: “Onlar bunu region, dünya üçün edirlər. Çünki sabitlik onlar üçün olduqca vacibdir”.
Eldar Tanrıverdiyev
AzVision.az