Daha bir ölkə Putinin dəvətini yerə saldı

Daha bir ölkə Putinin dəvətini yerə saldı
  30 Mart 2015    Oxunub:3036
Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmır.
Bu barədə AzVision.az Rusiya mətbuatına istinadən məlumat verir.

Yaponiyanın “Senkey” qəzeti baş nazirin bu barədə rəsmi olaraq daha sonra açıqlama ilə çıxış edəcəyini bildirib. Nəşr vurğulayıb ki, baş nazir Cənubi Kuril adaları probleminin həlli yolunda proqresin olmadığına görə tədbirə qatılmayacaq.

Bu arada Çexiya lideri Miloş Zeman Rusiyada keçiriləcək tədbirlərə qatılacağını bildirib.
Qeyd edək ki, daha əvvəl Bolqarıstan prezidenti Rosen Plevneliyev Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti