Yəməndə qanlı toqquşmalar - 45 nəfər öldü

Yəməndə qanlı toqquşmalar - 45 nəfər öldü
  30 Mart 2015    Oxunub:1453
Yəmənin cənubunda yerli özünümüdafiə dəstələri və şiə üsyançıları (husilər) arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News-Arabia” telekanalı məlumat yayıb. Məlumatda çoxsaylı yaralıların olduğu bildirilir.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.


Teqlər:





Xəbər lenti