40 minlik ordu Yəmənə girir

40 minlik ordu Yəmənə girir
  29 Mart 2015    Oxunub:2143
Səudiyyə Ərəbistanınn rəhbərliyi ilə koalisiya qüvvələrinin aviazərbələri Yəməndə "silahlı üsyançıların silahları atıb təslim olanadək" davam edəcək.
Bu barədə Ərəb Liqası dövlətələrinin Misirin Şarm-əl-Şeyx şəhərində başa çatan sammitində qəbul edilən birgə bəyannamədə deyilir.

Ərəbə ölkələrinin rəhbərləri həmçinin Vahid Ərəb Ordusunun yaradılması barədə qərar da qəbul edib. Bu addım koalisiya ölkələrinə Yəməndə daha genişmiqyaslı əməliyyatlar həyata keçirməyə imkan verəcək.

Koalisiya qüvvələrinin aviazərbələri dördüncü gündür ki, davam edir. Bu gün səhər saatlarında həyata keçirilən zərbələr nəticəsində paytxat Sənanın hava limanı tamamilə dağıdılmışdı.

Associated Press-in məlumatına görə, Vahid Ərəb Ordusu 40 min əsgərdən, döyüş gəmilərindən ibarət olacaq. (Ans)


Teqlər:  





Xəbər lenti