Saqqal saxladığına görə 6 il həbs edildi

Saqqal saxladığına görə 6 il həbs edildi
  29 Mart 2015    Oxunub:2668
Çinin Sintszyan-Uyğur Muxtar Rayonu məhkəməsi saqqal saxlayan vətəndaşı 6 il azadlıqdan məhrum edib.
AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir ki, onun bu hərəkəti məhkəmə tərəfindən təxribat olaraq qiymətləndirilir.

Həmin şəxsin həyat yoldaşı hicab geyindiyinə görə iki il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, region rəhbərliyi dini ekstremizmə qarşı mübarizə aparır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti