Daha bir təyyarə qəzası: 25 yaralı
Təyyarə eniş zamanı elektrik xətlərinə ilişib, nəticədə hava limanının işıqları sönüb. Məlumatı ölkə rəhbərliyi də təsdiqləyib. Zərərçəkənlərin vəziyyətinin ağır olmadığı bildirilir.
Qeyd edək ki, Kanadanın Toronto şəhərindən havaya qalxan “Airbus A320” tipli təyyarə eniş zamanı “uçuş zolağından kənara çıxıb”.
Hadisə baş verən zaman təyyarənin göyərtəsində 132 sərnişin və 5 ekipaj üzvü olub.
Eldar Tanrıverdiyev
AzVision.az