AST Telmanın satışa çıxarılan oteli ilə bağlı Açıqlama

AST Telmanın satışa çıxarılan oteli ilə bağlı Açıqlama
  28 Mart 2015    Oxunub:2506
Türkiyənin Antalya şəhərindəki dünyanın ən lüks otellərindən biri ilə bağlı yayılan iddialara aydınlıq gətirilib.
AzVision.az-ın ans press-ə istinadən xəbər verir ki, azərbaycanlı iş adamı Telman İsmayılov (AST Telman) tərəfindən 1,4 milyard dollara inşa edilən “Mardan Palace”ın borca görə satışa çıxarılması xəbərlərinə şirkətin CEO-su Natiq Abbasov və İcracı direktoru Çetin Pehlivan münasibət bildirib.

N.Abbasov fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər qrupunun turizm sahəsindəki ilk layihəsi olan "Mardan Palace" otelin qürur qaynağı olan layihələrindən olduğunu deyib: "Bank rəsmiləri ilə hüquqşünaslarımız arasında aparılan danışıqlar son mərhələyə çatıb. Bu prosesin ən gec gələn həftəyə qədər yekunlaşmasını gözləyirik. Bu prosesinin "Mardan Palace"ın qonaqlara göstərdiyi VİP xidmət ilə heç bir əlaqəsi yoxdur”, - deyə N.Abbasov söyləyib.

“Mardan Palace” otelinin icraçı direktoru Çetin Pehlivan isə fəaliyyətə başladıqları 2009-cu ildən bu yana bu cür xəbərlərin gündəmə gəldiyini deyib. O bildirib ki, bu cür xəbərlər xidmət keyfiyyətinə qəti təsir etmir: "Əksinə, hər il artan tələblərlə, ilə 144 fərqli ölkədən minlərlə qonağa xidmət edirik. Min nəfərlik bir personalla saray xidməti təqdim edirik. Otelimiz Novruz bayramı ilə əlaqədar olaraq iranlı qonaqlara ev sahibliyi edir", - deyə otelin icraçı direktoru bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti