`Ermənilər Azərbaycan torpaqlarından çıxmalıdır` - Çavuşoğlu
AzVision.az NTV kanalına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.
O, 1915-ci il hadisələrinə də toxunub: "ABŞ-ın mövqeyində dəyişikliyin olmayacağına ümidvaram. Bu məsələdə ABŞ-ın mövqeyi dəyişərsə, o zaman əlaqələrimizə zərər dəyər. Hamımız barış, sülh və dostluq mesajı verməliyik. Ermənistanla əlaqələrimizin normallaşması üçün bu ölkənin Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistan isə işğalı davam etdirir. Onların İranla da aşağı-yuxarı əlaqəsi var, bizimlə də vəziyyəti bəllidir. Ermənistan bəlli qonşu dövlətlərlə olan əlaqələrinin vəziyyəti barədə də düşünməlidir. Bu ölkə hər zaman hadisələrə birtərəfli, bir gözlə baxır".
AzVision.az