Sarkisyan tam ifşa edildi
Onun sözlərinə görə, dövlət idxalçıların inhisarçılığına barmaqarası baxır və onların əməlinin üstünü ört-bastır edir. Həmçinin imtiyazlı biznesmenlər üçün Sarkisyan hakimiyyəti xüsusi şərait yaradıb və onlar kasıblaşan əhalini daha da soyurlar.
O deyib ki, bir çox nüfuzlu iqtisadçının hesablamalarına əsasən, son bir neçə il ərzində buğda, ət, şəkər, qəhvə, bitki yağı kimi məhsullar 100 faizdən 255 faizədək süni şəkildə artırılmış qiymətlə Ermənistana gətirilir və satılır: "Amma, dövlət rəhbərləri susur. Əlbəttə, bütün bunlara görə susmaq daha sərfəlidir".
AzVision.az