“Yəməndəki əməliyyatlar dayandırılmalıdır” – İran

“Yəməndəki əməliyyatlar dayandırılmalıdır” – İran
  26 Mart 2015    Oxunub:1649
İsveçrədə səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanı Yəməndəki hərbi əməliyyatları dayandırmağa çağırıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hərbi əməliyyatları Yəmənin suverenliyinin tapdanması kimi qiymətləndirib:

Bu əməliyyatın yeganə nəticəsi qan tökülməsi olacaq. İran Yəməndəki böhranı nəzarət altına almaq üçünəlindən gələni edəcək. Bu əməliyyatlar heç bir ölkəyə fayda verməyəcək, əksinə vəziyyəti daha da gərginləşdirəcək. Region və qərb ölkələri İŞİD və Əl Qaidə terror təşkilatlarının işini asanlaşdıracaq addımlar atmamalıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti