Uruqvayda təyyarə qəzası baş verib

Uruqvayda təyyarə qəzası baş verib
  21 Mart 2015    Oxunub:1669
Uruqvayın Maldonado şəhərində Argentina aviaşirkətinə məxsus kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarədə olan 10 nəfər ölüb. Ölənlər arasında, eyni zamanda, Portuqaliya vətəndaşı da var.

Məlumata görə, təyyarədə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaxınlıqdakı gölməçəyə düşüb və alışaraq yanmağa başlayıb.

Xilasedicilər hadisə yerində 7 nəfərin meyitini aşkarlaya biliblər. Faktla bağlı istintaq araşdırması başldılıb. Qəzaya nəyin səbəb olduğu məlum deyil.(musavat)


Teqlər:





Xəbər lenti