Əl-Qaidə şəhər ələ keçirdi: 29 ölü

Əl-Qaidə şəhər ələ keçirdi: 29 ölü
  21 Mart 2015    Oxunub:1804
Əl-Qaidə terror təşkilatının yaraqlıları Yəmənin cənubunda yerləşən Əl-Huta şəhərini ələ keçirib.
Bu barədə AzVision.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir.

Məlumata əsasən terrorçular və hərbçilər arasında gedən qızğın döyüşlər nəticəsində 29 hərbçi qətlə yetirilib. Terrorçuların verdiyi itkilər barədə məlumat açıqlanmır.

Yəmən hərbçilərinin şəhərə nəzarət bərpa etmək üçün əməliyyata hazırlaşdıqları bildirilir.

Qeyd edək ki, ötən gün Yəməndə silsilə terror aktları törədilib. Son məlumatlara görə, terror aktları nəticəsində 142 nəfər ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti