Olland gələn ay Azərbaycana gəlir
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə açıqlamasında Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir məlumat verib.
Dezir bildirib ki, Olland Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 24-25-i regionda səfərdə olacaq və Ermənistan-Azərbaycan prezidentləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın aprelin 24-ü İrəvanda keçiriləcək qondarma erməni “soyqırım”nın 100 illiyə ilə əlaqədar tədbirlərə qatılacağı bildirilirdi.
Eldar Tanrıverdiyev
AzVision.az