Erməni əsgər başından vurulub

Erməni əsgər başından vurulub
  21 Mart 2015    Oxunub:2113
Martın 19-da cəbhə xəttində düşmən əsgərləri təxribatlar törədərkən ermənilərdən biri başından vurulub.
AzVision.az-ın məlumatına görə, bu barədə erməni mətbuatı yazır. Belə ki, başından güllə yarası alan Ararat kəndindən olan əsgər Samvel Akopyan komadan çıxa bilmir.

Belə ki, Xankəndində hospitalda həkimlər 20 yaşlı Akopyanın başından gülləni çıxara bilməyiblər. Həkimlərin sözlərinə görə, hava şəraiti pis olduğuna görə, yaralı erməni əsgəri vertolyotla İrəvan xəstəxanasına göndərə bilmirlər.

Bu arada İrəvan Mərkəzi hospitalın rəhbəri Aram Asaturyan isə açıqlama verib ki, artıq Xankəndi hospitalından Edqar Martirosyan və Sarkis Qabrielyan adlı iki erməni əsgəri İrəvana gətirilib. Asaturyanın sözlərinə görə, onların da vəziyyəti ağırdır.

"Sarkis Qabrielyanın qolu amputasiya edilib, Edqar Martirosyan isə qarnından güllə yarası alıb və əməliyyat olunub. Xankəndində isə daha iki yaralı erməni əsgəri qalıb. Onlardan birinin adı Qor Dalmanyan, digərinin adı isə Samvel Akopyandır", - deyə Aram Asaturyan bildirib.

Xatıraldaq ki, Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.

ans press


Teqlər:





Xəbər lenti