Putini əsəbləşdirəcək xəbər
"Ukraynada köklü islahatlar həyata keçirmək istədiyinizi bilirik. Biz də strateji tərəfdaşımıza əlimizdən gələn köməyi edəcəyik. Bu mənada Poroşenko ilə Ukraynaya 10 milyon dollar həcmində humanitar yardım edilməsi barədə qərar qəbul etdik. Bundan başqa 50 milyon dollar da kredit verəcəyik. 12 il əvvəl iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyon dollar idisə, bu gün 6 milyard dollar səviyyəsindədir. İqtisadi əməkdaşlığımız daha da genişlənəcək", - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti onu da qeyd edib ki, Ukrayna hökuməti də Türk şirkətlərinə tam dəstək verəcək.