Həsən Ruhaninin ailəsində ağır itki

Həsən Ruhaninin ailəsində ağır itki
  20 Mart 2015    Oxunub:3577
İran prezidenti Həsən Ruhaniyə ağır itki üz verib.
AzVision.az İran KİV-nə istinadən xəbər verir ki, prezidentin 86 yaşlı anası Səkinə Peyvəndi dünyasını dəyişib.

Məlumata əsasən Ruhaninin anası xeyli müddət idi ki, Tehran Milad Xəstəxanasında həkimlərin nəzarətində olub.

Səkinə Peyvəndinin 5 uşağı olub, İran prezidenti onun ilk övladı idi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti