Ermənistan bir gecədə 875 milyon dollar borca düşdü
Bu barədə AzVision.az Ermənistanın “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.
“Agentliyin məlumatına görə, yerləşdirilən avrobondun gəlirliyi, yəni dövlət borcunun yeni faiz dərəcəsi 7,5-dir. Ermənistan hökuməti bu borcu 10 il müddətinə ödəməlidir. Başqa sözlə, Ermənistan 10 il ərzində 875 milyon dollar qaytarmalıdır. Bu Ermənistan hökuməti tarixində cəlb olunan ən yüksək kreditdir. Maraqlıdır ki, gecə yarısına qədər nə Ermənistan Maliyyə Nazirliyi, nə də Ermənistan Mərkəzi Bankı avrobondların yerləşdirilməsi haqqında rəsmi məlumat yaymayıblar. Əgər “Reuters”in yaydığı informasiya düzdürsə, onda Ermənistan Maliyyə Nazirliyi və Mərkəzi Bankı ölkənin yeni borcları barədə mətbuatdan öyrənəcək”, -deyə “Aykakan Jamanak” qəzeti xəbər yayıb.
Eldar Tanrıverdiyev
AzVision.az