Abdulla Gülə vəzifə verildi

Abdulla Gülə vəzifə verildi
  20 Mart 2015    Oxunub:2617
Türkiyənin 11-ci prezidenti Abdullah Gülə vəzifə verilib.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A.“İslam Əməkdaşlıq Təşkilatı” tərəfindən yaradılan “İslam İnkişaf Bankı” idarə heyətinin məsləhət şurasında fəliyyət göstərəcək.

Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ciddədə olan İİB-nin Türkiyə də daxil olmaqla 56 üzvü var.

Bankın məqsədi üzv olan ölkələrin iqtisadi inkişafına və üzv olmayan ölkələrdəki müsəlman icmalarına dəstək verməkdir. Ciddədə keçirilən ilk iclasda çıxış edən bank sədri Əhməd Əli məsləhət şurasının öz öhdəliklərini yerinə yetirməkdə banka yardımçı olduğunu bildirib.

1974-cü ildə İstanbul universiteti iqtisadiyyat fakultəsindən məzun olan Abdullah Gül 8 il (1983-1991) İİB-də iqtisadiyyat mütəxəssisi kimi fəaliyyət göstərib.


Teqlər:  





Xəbər lenti