“Nemtsovu öldürmək üçün 5 milyon vəd etdilər” – Dadayev

“Nemtsovu öldürmək üçün 5 milyon vəd etdilər” – Dadayev
  19 Mart 2015    Oxunub:3420
Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində ittiham edilən Zaur Dadayev dindirilmə zamanı bəyan edib ki, müxalifətçini dini baxışlarına görə öldürüb, lakin “sifarişçi” əməliyyat üçün 5 milyon rubl vəd edib.
AzVision.az-ın məlumatına görə, bu barədə “Rosbalt” agentliyi istintaq işləri ilə tanış olan mənbəyə istinadən xəbər yayıb.

Saxlanılandan sonra ilkin dindirilmə zamanı Dadayev Nemtsovun öldürülməsini təsdiqləyib. İstintaqa verdiyi ifadə zamanı Zaur Nemtsovun Məhəmməd peyğəmbər haqqında çəkilən karikaturalar haqqında fikirlərini oxuyub.

“Mən dindar adamam, mən Allaha inanıram”, - deyə Dadayev dindirmə zamanı öz hiddətini gizlətməyib.

Dadayev qeyd edib ki, eyni zamanda Ruslik adlı şəxs Nemtsovun öldürülməsi üçün ona 5 milyon rubl vəd edib: “Nemtsovun pula görə yox, dini baxışlarına görə öldürmüşəm. Mənim fikirlərim “sifarişçi”nin fikirləri ilə üst-üstə düşürdü. Lakin cinayəti törədən şəxslərin heç də hamısı pulsuz “işləməyə” razı deyildi”.

Xatırladaq ki, fevralın 28-i Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən açılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib. Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti