Tunisdə ölü sayı 19-a çatdı

Tunisdə ölü sayı 19-a çatdı
  19 Mart 2015    Oxunub:1320
Tunisin paytaxtında yaraqlıların parlament binasına və “Bardo” muzeyinə hücumu nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.
AzVision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Baş naziri Həbib əs-Sidin bildirdiyinə görə, həlak olanlar arasında Polşa, İtaliya, Almaniya və İspaniyadan olan 17 turist, həmçinin bir Tunis vətəndaşı və bir polis əməkdaşı var.

Turistlərin azad edilməsi üçün keçirilən xüsusi əməliyyat başa çatıb. Xüsusi təyinatlı dəstə hücumda iştirak edən iki yaraqlını öldürüb.

Verilən məlumata görə, hərbi geyimdə olan yaraqlılar avtomobillə parlament binasına yaxınlaşaraq avtomat silahdan nizamsız atəş açmağa başlayıblar. Daha sonra yaxınlıqdakı “Bardo” muzey kompleksinə soxulan terrorçular ekskursiyaya gəlmiş 10 əcnəbini girov götürüblər. Hücum zamanı orada 100-ə yaxın ziyarətçi olub. Onların əksəriyyəti vaxtında evakuasiya edilib.

Hücum nəticəsində 24 nəfər, o cümlədən 9 italyan, 3 polyak və yapon yaralanıb.


Teqlər:





Xəbər lenti