Nalbandyan Qarabağa görə Türkiyəni suçladı

Nalbandyan Qarabağa görə Türkiyəni suçladı
  18 Mart 2015    Oxunub:2484
`Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində problem yaradıb`.
AzVision.az-ın erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Yohannes Hanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nalbandyan vurğulayıb ki, Türkiyə bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyir və digər tərəfdən isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə qarışır: “Əgər rəsmi Ankara həqiqətən kömək etmək istəyirsə, qoy onda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən uzaq olsun”.

Edvard Nalbandyan Türkiyənin XİN-in Ermənistanın bütün qonşuları ilə bağlı problemlərinin olması barədə bəyanatını şərh edib: “Başqalarına lovğalıqla öyüd verməzdən əvvəl Türkiyə öz problemləri haqqında fikirləşməlidir”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti