Almaniyada iğtişaşlar: 88 polis yaralanıb

Almaniyada iğtişaşlar: 88 polis yaralanıb
  18 Mart 2015    Oxunub:2206
Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının (AMB) qarşısında keçirilən etiraz aksiyalar zamanı yaralanan polislərin sayı 88-ə çatıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsinin rəsmisi Hesser Koşiq bildirib.

Koşiq həmçinin vurğulayıb ki, etiraz aksiyaları nəticəsində 350 nəfər saxlanılıb.
Nümayişçilər Avropa Mərkəzi Bankının bu şəhərdə yeni baş ofisinin açılışına etiraz edirlər.

Qeyd edək ki, Frankfurtda razılaşdırılmamış aksiya bu gün səhər saatlarında başlayıb. Hakimiyyətlə razılaşdırılan aksiya və mitinqlər hələ başlamayıb. Şəhərdə yerüstü nəqliyyatın fəaliyyəti dayandırılıb. Qatarlar gecikmə ilə hərəkət edir. Şəhərdə təhlükəsizliyi 10 minə qədər polis əməkdaşı təmin edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti