`Azərbaycanlılar bizimlə çiyin-çiyinə döyüşüb` - Davudoğlu

`Azərbaycanlılar bizimlə çiyin-çiyinə döyüşüb` - Davudoğlu
  18 Mart 2015    Oxunub:1605
Türkiyənin baş naziri Əhməd Davudoğlu Çanaqqala zəfərinin 100-cü il dönümü mərasimində çıxışı zamanı bu döyüşdə həlak olan azərbaycanlılardan danışıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, baş nazir çıxışında vurğulayıb ki, 1911-ci ildən 1922-ci ilə qədər türk milləti dünyanın müxtəlif yerlərində şəhidlər verib:

“Azərbaycana səfərim zamanı Qafqaz İslam ordusunun tərkibində döyüşlərdə həlak olan şəhidlərimizi salamladım. Onu da əlavə etmək istəyirəm ki, Çanaqqala döyüşündə paytaxt İstanbulun məğlub olmaması üçün iraqlılar, suriyalılar, fələstinlilər, balkan əsillilər, kosovalılar, bosniyalılar, azərbaycanlılar çiyin-çiyinə döyüşübsə, biz də Türkiyə Cümhuriyyəti kimi 100 il sonra, bu gün deyirik ki, o əziz şəhidlərin nəvələrinin taleyi bizim əlimzidədir. Biz o əziz şəhidlərin əmanətini qoruyacağıq”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti