Kikabidze Ukraynada siyasi sığınacaq istəyir

Kikabidze Ukraynada siyasi sığınacaq istəyir
  17 Mart 2015    Oxunub:1962
Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze Ukraynada siyasi sığınacaq əldə etməyin əleyhinə deyil.
Bu barədə AzVision.az “UNN” agentliyinə istinadən xəbər verir ki, bu barədə müğənninin özü mətbuat konfransında deyib.

Kikabidzenin sözlərinə görə, bu məsələdə onu xanımı da dəstəkləyir: "Dünən həyat yoldaşıma dedim ki, gəl, siyasi sığınacaq istəyək. O isə "yaxşı" dedi".

Kikabidze həmçinin vurğulayıb ki, Ukrayna hökumətində təmsil olunan yeni gürcü nazirlər ölkəni böhrandan çıxarmağa kömək edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti