Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini dedi
  17 Mart 2015    Oxunub:9743
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə bu gün Heydər Əliyevin adını daşıyan Anadolu Məslək və Anadolu Texnik Liseyinin açılış mərasimində iştirak edib.

AzVision.az-ın məlumatına görə, Ərdoğan çıxışı zamanı Azərbaycan və Türkiyə münasibətlərindən danışıb və hər iki ölkənin qardaşlığından söz açıb.

Daha sonra Ərdoğan Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan – Türkiyə” şeirini səsləndirib, şeir alqışlarla qarşılanıb.

Həmin şeiri təqdim edirik:

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.

Ərdoğan həmçinin qeyd edib ki, Anadoludakı vətəndaşlar Qarabağda zülmə məruz qalan azərbaycanlı qardaşlarının acısını ürəklərində hiss edir: "Bizim üçün İzmir, Ankara, Antalya, Trabzon nədirsə Bakı, Tiflis, Batum da odur",

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti