Ermənistanda fəhlələr etiraza qalxdılar
AzVision.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, “Nairit” İrəvan kauçuk zavodunun işçiləri prezident Serj Sarkisyanın administrasiyasının binası qarşısına toplaşaraq, hüquqlarının bərpa olunmasını tələb edilər.
Fəhlələr tələbləri yerinə yetirilməyənə qədər aksiyanın davamlı olacağına dair bəyanatla çıxış ediblər.
Aksiya iştirakçıları səbəbsiz yerə işdən çıxarılan yoldaşlarının haqlarının bərpa olunması tələb etməklə yanaşı, uzun müddətdən bəri ödənilməyən aylıq məvaciblərinin də verilməsini istəyirlər.
Aksiyada “Borcunuzu, maaşımızı verin” şüarları səslənir.
Qeyd edək ki, zavodun səhimlərinin 90 faizi Britaniyanın Rhinoville Property Limited şirkətinə, qalan 10 faizi isə Ermənistan hökumətinə məxsusdur.
Zavodda 1 ildən artıqdır işçilərin maaşları verilmir.
Ramil