Türkiyə xristianları ermənilərdən üzr istəyəcəklər

Türkiyə xristianları ermənilərdən üzr istəyəcəklər
  17 Mart 2015    Oxunub:1917
Türkiyə nümayəndə heyəti qondarma erməni `soyqırımı`nın 100 illiyi ilə bağlı mərasimlərdə iştirak etmək üçün İrəvana gedəcək.

AzVision.az-ın İrəvanda nəşr olunan “Qraparak” qəzetinə istinadən verdiyi məlumata görə, heyətə Türkiyədə yaşayan xristian icmalarının nümayəndələri qatılacaq.

Türkiyəli xristian-protestantlar aprelin 10-da Ermənistana səfər edəcəklər.

Heyətin əsas tərkibi İstanbuldan olan xristianlardan təşkil olunub. Erməni mediası yazır ki, türkiyəli xristianlar qondarma erməni `soyqırım`ı ilə bağlı keçirilən tədbirlərdə erməni xalqından öz ölkəsinin “əməlinə” görə üzr istəyəcəklər.

Ramil


Teqlər:  





Xəbər lenti