Ərdoğan Zakir Qaralovla görüşüb
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çəkilib.
Səfər çərçivəsində Türkiyənin Ali Məhkəməsinin baş prokuroru Hasan Erbillə görüş olub.
Görüşdə Türkiyə Baş prokurorluğunun strukturu və fəaliyyətini əks etdirən videomaterial nümayiş olunub.
Tərəflər iki qardaş ölkələrin prokurorluq orqanları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıblar.
Sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Türkiyə Cümhuriyyətinin Ali Məhkəməsinin Baş Prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.
Tərəflər sənədin imzalanmasını mühüm hadisə kimi qiymətləndirərək, anlaşma memorandumunun qardaş ölkələrin prokurorluq orqanları arasında təcrübə mübadiləsi, tədris və digər sahələrdəki əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyini bildiriblər.
Azərbaycan nümayəndə heyəti Türkiyənin Ali Məhkəməsinin sədri İsmail Rüştü Cirit ilə də görüşüb.
Zakir Qaralov Türkiyə Ali Məhkəməsinin sədri vəzifəsinə yeni seçilən Rüştü Ciritə Azərbaycan Respublikasının Ali Məhkəmənin sədri Ramiz Rzayevin məktubunu çatdırıb.
İsmail Rüştü Cirit tezliklə Azərbaycana səfər edəcəyini bildirib.