Dünya şöhrətli Hollivud ulduzu türk çıxdı
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Xyu Djekmen İstanbulda keçirdiyi mətbuat konsfransında jurnalistləri türkcə salamlayıb.
"İstanbulla bir bağlantım var" deyən Djekmen ulu babasının Türkiyədə yaşadığını deyib:
"Sanıram ki, atam Sakiz adasında doğulmuş. Əmin deyiləm, amma eşitdiyimnə görə, o, bankda işləyib. Atam bir neçə dəfə mənə dedi ki, sən qismən türksən, türk sayılırsan. Ona görə türk qəhvəsinə heyranam".
Mətbuat mənsublarının "Sizin Osmanlının nəvəsi olduğunuz doğrumu?" şəklindəki sualına məşhur ulduz belə cavab verib: "Əslində bu məsələ bir az qarışıqdır. Yəni ailəmin bəzi üzvləri türk olduqlarını, bəziləri isə yunan olduğunu deyir. Dürüst olmaq lazımdırsa, yüz faiz türk olduğuma əmin deyilik".
Teqlər: