Əsəd Kerrinin cavabını verdi

Əsəd Kerrinin cavabını verdi
  17 Mart 2015    Oxunub:2253
Suriya prezidenti Bəşər Əsəd ABŞ dövlət katibi Con Kerrinin Suriya ilə bağlı son bəyanatına cavab verib.
İran televiziyasına danışan Əsəd Suriya dövlət başçısına dair bütün müzakirələrin Suriya xalqı tərəfindən aparıla biləcəyini deyib.

“Suriya dövlət başçısının taleyinın necə olacağına dair qərarı xalq verir. Kənardan edilən şərhlər bizi maraqlandırmır”, - Bəşər Əsəd deyib.

Qeyd edək ki, Con Kerri dünən “gec-tez Əsədlə müzakirələr aparmaq məcburiyyətindəyik” deyib. Dövlət katibi Suriyada qurulacaq keçid hökumətində rejim təmsilçilərinin də təmsil oluna biləcəyini bildirib.


Teqlər:





Xəbər lenti