Şahzadə pula görə ölkəni velosipedlə gəzəcək

Şahzadə pula görə ölkəni velosipedlə gəzəcək
  16 Mart 2015    Oxunub:1733
Rumıniyada şahzadə Nicholas uşaq problemləri ilə məşğul olan xeyriyyələrə pul toplamaq üçün babasının keçmiş krallığı boyunca velosipedlə 1000 kilometrlik məsfədə yürüş edəcək.
Balkan Insight xəbər agentliyinin verdiyi məlumata görə Rumıniya taxt-tacına vəliəhdlik sırasında üçüncü olan 29 yaşlı şahzadə yürüşə ölkənin şimalındakı Transilvaniyadan başlayıb onu Qara dəniz sahilindəki Konstanta limanında başa vuracaq.

Oksfordşir əyalətindəki Shiplake Kollecindən məzun olan və hazırda Rumıniyada yaşayan şahzadə sərhəd şəhəri Sigetu Marmatyeyi aprelin 23-də tərk edəcək və 11 gün sonra mənzil başına çatacaq.

İngiliscə səlis danışan Nicholas Agerpres xəbər agentliyinə deyib ki, 1000 kilometr onun üçün bir qədər çoxdur, lakin təhsil və uşaqlar üçün nəzərdə tutulmuş xeyriyyə puluna görə işin öhdəsindən gəlməyə çalışacaq.

Rumıniya taxtı 94 yaşı olan kral Mixail 1947-ci ildə ölkədə kommunistlərin hakimiyyətə gəlməsi ilə əlaqədar qaçandan bəri hazırda boş qalıb.

Qoca kral 1989-cu ildə kommunist lider Ceausescunun süqutundan sonra Rumıniyaya qayıtsa da, kral ailəsinin artmaqda olan populyarlığına baxmayaraq, ölkə, monarxiyanın bərpasına o qədər də həvəsli görünmür.

Taxt-taca sahib olmaq üçün şahzadə Nicholas xalasından və anasından sonra üçüncü vıəliəhddir. (BBC)


Teqlər:





Xəbər lenti