Şumaxerin oğlu yarışda qəzaya düşdü
Min Cunior və ya kiçik-Mik ləqəbləri ilə tanınan oğul Şumaxer “Formula-4” yarışlarında dekabrın axırlarında debüt edib. O özünün ilk test gedişi seriyalarını Valensiyadakı trasda keçirib. Mart ayının əvvəllərində isə 15 yaşlı sürücü Niderlandın “Van Amersfort” komandası ilə müqavilə imzalayıb.
Eyni zamanda, onun atası - “Formula-1” yarışlarının yeddiqat çempionu Mixael Şumaxer bir il bundan əvvəl Alp dağlarında xizəklə sürüşərkən keçirdiyi qəza nəticəsində aldığı ağır kəllə-beyin travmasından sonra bərpa prosesini davam etdirir. KİV-lərin məlumatına əsasən, həkimlərin xərci və lazımi tibbi avadanlıqların icarəsi tanınmış idmançının ailəsinə həftədə 100 min funt sterlinqə başa gəlir. (AzərTAc)
Teqlər: