71 yaşlı milyarder həbs edildi

71 yaşlı milyarder həbs edildi
  16 Mart 2015    Oxunub:1681
ABŞ-ın Yeni Orlean ştatında milyarder Robert Darst həbs olunub.
71 yaşlı amerikalı milyarder 2000-ci ildə rəfiqəsi Süzan Bermanın ölümündə, həmçinin 1982-ci ildə birinci həyat yoldaşı Ketlin Darstın yoxa çıxmasında şübhəli bilinir.

Ötən həftə Los-Anceles prokurorluğu Süzan Bermanın qətli ilə bağlı cinayət işini bərpa edib. Artıq dünən isə milyarderin həbsi ilə bağlı qərar çıxarılıb.

Robert Darst 2001-ci ildə qonşusunu öldürməsilə bağlı həbs edilmişdi. Lakin o, məhkəməni bu qətli özünümüdafiə məqsədilə etdiyinə inandıra bilmişdi. Darstın var-dövlətinin 4,4 milyard dollar olduğu bildirilir. Manhettendə onun bir neçə göydələni var.




Teqlər:  





Xəbər lenti