12 yaşlı İŞİD-çi kimdir? - Şok detallar (VİDEO)

12 yaşlı İŞİD-çi kimdir? - Şok detallar (VİDEO)
  15 Mart 2015    Oxunub:5843
Bir neçə gün əvvəl İsrailə casusluq iddiası ilə edam həyata keçirən az yaşlı cəlladın kimliyi barədə bəzi detallar üzə çıxıb.
İŞİD terror qruplaşması ötən günlərdə 19 yaşlı Məhəmməd Səid İsmayıl Musallanı İsrailə casusluq etməkdə ittiham edərək, 12 yaşlı uşaq tərəfindən öldürtmüşdü.

12 yaşlı İŞİD cəlladı isə əlindəki silahla İsrail vətəndaşının başına atəş açaraq ona verilən tapşırığı yerinə yetirmişdi.

Edam videosunun yayılmasından sonra Fransada onu izləyən sinif yoldaşları tanıyıblar. Etdiyi hərəkəti gördükdə isə şoka düşüblər. Bu səbəblə videonu izləyən uşaqlara psixoloji dəstək göstərilib.

“La Depeche” yazdığı məqalələrin birində İŞİD-ə qoşulan bu uşağın ötən ilin mart ayına qədər Fransanın cənubunda yerləşən Tuluza şəhərindəki bir məktəbdə təhsil aldığı bildirilir.

Uşağı tanıyan sinif yoldaşları, onların ailələri onu utancaq və sakit bir uşaq kimi tanıdıqlarını deyiblər. Onda radikal dindarlıq meyilinin ögey atasının təsiri ilə baş verəcəyi güman edilir. (Ans)




Teqlər:





Xəbər lenti