Bahalı nömrə və maşınlarla bağlı Açıqlama

Bahalı nömrə və maşınlarla bağlı Açıqlama
  15 Mart 2015    Oxunub:2930
`Avtomobilin dövlət qeydiyyat nişanları ilə bağlı qanunsuz hərəkətlərə yol verən, nömrələri eyni vaxtda ayrı-ayrı nəqliyyat vasitələrinin üzərinə vuran şəxs Dövlət Yol Polisi Tərəfindən aşkar olunarsa, sözsüz ki, məsuliyyətdən kənarda qalmayacaq`.

AzVision.az xəbər verir ki, bunu Avtosfer.az-a açıqlamasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. İki gün öncə saytda yaydığımız 10 UO 002 dövlət nömrə nişanının eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda bir neçə maşına vurulduğunu deyən DYP rəsmisi əlavə etdi ki, bununla bağlı konkret faktlar olarsa, yol polisi mütləq tədbir görə bilər:

`Lakin bu maşının fotoları ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, burada qanunsuz heç nə yoxdur. Çünki avtomobilin nömrəsi DYP-də qeydə alınıb. Yəni, nömrə hansı maşına vurulubsa, bu barədə DYP-də qeydiyyat aparılıb. Əgər kimdəsə belə fakt varsa ki, bir nömrə eyni vaxtda iki maşına vurulub, belə faktları bizə təqdim etsinlər, bizə də xoş olar ki, DYP-yə dəstək olurlar və qanunsuz əməllərin qarşısı alınır`.

Kamran Əliyev onu da dedi ki, bu nömrənin vurulduğu avtomobillər bir yox, ayrı-ayrı şəxslərin adına olub. Lakin qeyd etmək yerinə düşər ki, bu fotoları facebookda Həsən Həsənov adlı şəxs öz profilində yayıb. Fotolardan da məlum olur ki, 10 UO 002 dövlət nömrə nişanı ağ və qara rəngli «Mersedes S-Class» markalı avtomobillərin, ağ rəngli «Mersedes-Galendewagen»in, həmçinin, «Cadellac» markalı avtomobilin üzərində olub.


Teqlər:





Xəbər lenti