Tanınmış yazıçı ad günündə öldü

Tanınmış yazıçı ad günündə öldü
  15 Mart 2015    Oxunub:2731
Rusiyanın tanınmış yazıçısı Valentin Rasputin doğum günündə dünyasını dəyişib.
Dörd gün komada olan yazıçı 78 yaşında dünyadan köçüb. Mərhumla vida mərasimi Moskvada olacaq. Onu İrkutskda dəfn edəcəklər.

Qeyd edək ki, Valentin Rasputin 15 mart 1937-ci ildə İrkutsk vilayətinin Atalanka Ust-Udinsk rayonunda dünyaya göz açıb. O, SSRİ Sosialist əməyi qəhrəmanı, Dövlət mükafatları laureatı olub.

Onun ən məşhur əsərləri “Matyora ilə vida”, “Fransız dili dərsi”, “Yaşa və xatırla”, “Yanğın”dır.


Teqlər:





Xəbər lenti