Nemtsovun sensasion hesabatı dərc olunacaq

Nemtsovun sensasion hesabatı dərc olunacaq
  15 Mart 2015    Oxunub:1528
Boris Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı bu ilin aprelində dərc olunacaq.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib. Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.

İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.

Bundan əvvəl İlya Yaşin Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.


Teqlər:





Xəbər lenti