34 yaşlı qadını itlər parçalayıb yedi

34 yaşlı qadını itlər parçalayıb yedi
  14 Mart 2015    Oxunub:2952
Mərhum sahibsiz heyvanlara yem verirmiş.
Türkiyənin Əskişəhər ərazisində tükürpədici hadisə baş verib. Əskişəhərdə valideynləri həkim olan 34 yaşlı Erinç Pütünün parçalanmış cəsədi boş bir sahədə tapılıb.

Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, qadının küçə itləri tərəfindən parçalandığı ehtimal edilir. Polislər cəsədin tapıldığı ərazidə itlərin ayaq izlərini aşkarlayıb.

36 yaşlı gəncin heyvansevər biri olması bu ehtimalları daha da gücləndirir. Belə ki, Pütün tez-tez bu əraziyə gələrək, küçə itlərinə yem verirmiş. Məhəllə sakinlərindən biri qeyd edib ki, səhər işə gedən zaman tarlada çox sayda itin nə isə yediyini görüb. İtlərin yanına gedən həmin şəxs heyvanların arasında insan cəsədi görüb və bu barədə polisə məlumat verib.


Teqlər:  





Xəbər lenti