“Rusiyanın Azərbaycana silah satmasını istəməzdik” – Nalbandyan

“Rusiyanın Azərbaycana silah satmasını istəməzdik” – Nalbandyan
  14 Mart 2015    Oxunub:2223
Ermənistan Rusiyanın Azərbaycana silah satmasını istəməzdi.
AzVision.az-ın məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Sloveniyanın “Dnevnik” qəzetinə istinadən xəbər verir.

“Biz dost, tərəfdaş ölkələri başqalarına qarşı Ermənistan üçün nəsə etməyi xahiş etmək istəmirik. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bizim gözləntilərimiz – bir tərəfin digərinə qarşı dəstəklənməsi yox, dünya birliyinin yanaşmasını göstərən ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinin dəstəklənməsidir. Rusiya həmsədr ölkələrdən biridir. Həmsədr ölkələr – Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə ilə bağlı mövqeyi bu ölkələrin prezidentləri tərəfindən verilən beş bəyanatda göstərilir”, - deyə Nalbandyan bildirib.

“Bizim mövqeyimiz ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri ilə uyğundur. Biz həmsədr ölkələrin səsləndirdiyi beş bəyanatı alqışlayırıq və onlar tərəfindən təklif olunan üç prinsip və beynəlxalq hüququn elementləri əsasında münaqişənin nizamlanmasına hazır olduğumuzu vurğulamışdıq”, – deyə Nalbandyan qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti