Dəhşət: Beş nəfərlik ailəni güllələdi

Dəhşət: Beş nəfərlik ailəni güllələdi
  14 Mart 2015    Oxunub:3952
ABŞ-da naməlum şəxs beş nəfərdən ibarət ailəni güllələyib.
Bu barədə AzVision.az “Associated Press”-ə istinadən xəbər verir.

Polisin məlumatına görə, naməlum şəxs Viktoriya və Cermeyn Simsin evinə daxil olaraq evdəkiləri atəşə tutub. Nəticədə valideynlər və onların 9 yaşlı qızı həlak olub. Ailənin digər üzvləri – 6 yaşlı oğul və 14 yaşlı qız sağ qalsa da, onların vəziyyətinin ağır olduğu bildirilir.
Qatilin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulduğu bildirilir.

Sims ailəsinin qonşuları bildirib ki, hadisə yerində çoxlu sayda qan olub. Həlak olan valideynlərin övladları qonşu treylerə yaxınlaşaraq onlardan kömək istəyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti